30 Noyabr 2021
İdman

Dörd idmançımızdan ikisi medalla qayıtdı – Boks

Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, 15 ölkədən 146 idmançının qatıldığı yarışda Azərbaycan yığması 4 boksçu ilə təmsil olunub.

Baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi etdiyi komanda çıxışını 2 bürünc medalla başa vurub. Boksçularımızdan Nicat Hüseynov (51 kq) və Fətəli İsmayılov (86 kq) 3-cü yeri tutublar. Onlardan sonuncusu, həmçinin Tural Sarıyev (48 kq) göstərdikləri döyüşə görə turnirin xüsusi kuboku ilə də mükafatlandırılıblar.

Qeyd edək ki, yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ramin Musayev Naxçıvanda mükafatlandırıldı

admin

“Bakı-2015”: MEDAL SIRALAMASI

admin

“Qəbələ” son oyunda “Sumqayıt”ın qapısına 300-cü qolu vurub

admin