15 Avqust 2022
Kateqoriyasız

Dörd klubumuza məşq etməyə icazə verildi

Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 futbol komandasının hazırlıq keçməsinə bu gün rəsmi icazə verilib.

İdmanxeber.az-ın məlunatına görə, buna AFFA ilə Gənclər və İdman Nazirliyinin müvafiq qurumlarla apardığı müzakirələrdən sonra nail olunub. “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” karantin qaydalarının tələblərinə əməl etməklə məşqlərini bərpa edə biləcəklər. Sözügedən komandalar sərt karantin rejimi tətbiq edilməyən hər hansı bölgədə toplanış keçə biləcək. Həmin klubların haranı seçməsi isə artıq öz ixtiyarındadır.

Klubların Qəbələyə üz tutacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ”ın oyunu təxirə salındı

admin

CAS Nurlan İbrahimovla bağlı qərarı yenə təxirə saldı

admin

“Qarabağ” “Səbail”lə oyuna hazırlaşır – Şəkillər

admin