Topaz Premyer Liqasının XIV turunun “Neftçi” – “Qəbələ” görüşündə hesab açılmadı.
İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu matçdan sonra bu fikirləri səsləndirib:
“Maraqlı və gərgin oyun oldu. “Neftçi” Azərbaycanın güclü komandalarından biridir. Biz bundan öncəki oyunda da “Neftçi” ilə heç-heçə etmişdik. Deyərdim ki, bu oyunda təhlükəli epizodlarımız oldu. Düzdür, 1 xal qazandıq. Amma biz 3 xal arzulayırdıq”.