“Türkiyənin bu vəziyyətinə görə Azərbaycanın da canı yanır”
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in kapitanı Tural Axundov klubun mətbuat xidmətinə Türkiyədə baş vermiş zəlzələ ilə bağlı danışarkən deyib. O, daha sonra belə davam edib:
“Adam bilmir ki, bu məqamda nə desin. Həqiqətən də nəsə demək çox çətindir. Görüntüləri izləyirik, vəziyyət ağırdır”. Komandamızın kapitanı Tural Axundov Türkiyədə baş verən zəlzələ haqqında danışarkən belə deyib. Klubun mətbuat xidmətinə açıqlama verən kapitan qardaş ölkədə yaşananlara görə çox üzgün olduğunu bildirib: “İndi hamı məyusdur. Təbii fəlakət nəticəsində bu qədər insanın dünyasını dəyişməsi, yaralanması hamıya pis təsir edir. Bir kibrit çöpü alovlananda bütün qutunu yandırır. Türkiyənin bu vəziyyətinə görə Azərbaycanın da canı yanır. Allah ölənlərə rəhmət eləsin, xəsarət alanlar tezliklə sağalsınlar. Qardaşlarımızın başı sağ olsun”.
Futbolçu bildirib ki, Türkiyəyə yardım kampaniyasına qoşulub. O, hamını yardımlarla dəstək olmağa çalışıb: “Kimin əlindən nə gəlirsə, köməyini edir. Dostlarımla yığışıb qardaş ölkəyə yardım göndərmişik. Bu çətin günlərdə onların yanındayıq