Dünya futbolu

Dövlət başçısı Ramil Şeydayev və komanda yoldaşlarını qəbul etdi – FOTO

Slovakiya prezidenti Andrey Kiska millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Jilina” klubunun üzvlərini qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, bu haqda Slovakiya prezidentinin saytı məlumat yayıb.

Futbolçumuz Ramil Şeydayevin da iştirak etdiyi görüşdə ölkə başçısı ötən mövsüm Slovakiya çempionu olan “Jilina”nı təbrik edib, onlara avrokuboklarda uğurlar arzulayıb.


Qeyd edək ki, “Jilina” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Kopenhagen”lə (Danimarka) qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43