09 Yanvar 2025
Kateqoriyasız

Döyülən jurnalist öldü

Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist Rasim Əliyev orda dünyasını dəyişib.

Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən məlumat verilib. Məlumatda bildirilib ki, xəstə daxili qanaxma nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, R. Əliyev ötən gün bir qrup şəxs tərəfindən döyülüb. O, onu döyənlərin futbolçu Cavid Hüseynovun qohumları olduğunu iddia edib. Buna səbəb kimi “facebook” sosial şəbəkəsində C. Hüseynovla bağlı yazdıqlarını göstərib.

Yeri gəlmişkən, futbolçu dünən mətbuata verdiyi açıqlamasında bildirib ki, jurnalistlə telefonla  danışaraq problemi həll edib və onun döyülməsində qohumlarının əli yoхdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43