Kateqoriyasız

Dünya çempionatında daha bir sensasiyalı nəticə

Qətərdə keçirilən dünya çempionatının E qrupunda I tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, qrupun ilk oyununda sensasiya qeydə alınıb. Yaponiya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.

Yaponiya yığması bu qələbədən sonra 3 xalla ilk pilləyə yüksəlib. E qrupunun ikinci oyununda İspaniya yığması Kosta Rikanı sınağa çəkəcək.

E qrupu

17:00. Almaniya – Yaponiya – 1:2

Qol: İlkay Gündoğan, 33-pen (1:0), Doan, 75 (1:1), Asano, 83 (1:2)

Baş hakim: İvan Barton (Salvador)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43