23 Dekabr 2024
Dünyadan

Dünya çempionatında növbəti rekord: bu dəfə “Qalatasaray”ın canlı əfsanəsindən

Hazırda Braziliyada davam edən dünya çempionatında növbəti rekord qeydə alınıb.

İdmanxeber.com-un məlumatına görə, Kolumbiya millisinin qapıçısı Ali Fərid Mondraqon Yaponiya ilə matçın 85-cü dəqiqəsində meydana çıxaraq dünya çempionatlarının final mərhələsində forma geyinən ən yaşlı futbolçu adını qazanııb.

Qeyd edək ki, 43 yaşlı Mondraqon kamerunlu futbolçu Rocer Millanın rekordunu qırıb. Afrikalı futbolçu ABŞ-da keçirilən dünya çempionatında Rusiyaya qarşı oyuna çıxanda 42 yaş 1 ay 8 günlük olub. Lakin Mondraqon bu mundialda meydana çıxmaqla 11 ay Millandan böyük olub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43