Kateqoriyasız

Dünya çempionatları tarixində yeni rekord

İspaniya millisinin futbolçusu Rodriqo Hernandes (Rodri) dünya çempionatları tarixində yeni rekord müəyyənləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Yaponiya ilə matçda (1:2) verdiyi 215  ötürmənin 204-ü (94,88 faiz) dəqiq alınıb. Bu isə rekord göstərici deməkdir.

Xatırladaq ki, Rodriqo 2018-ci ildən İspaniya millisinin üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43