Kateqoriyasız

Dünya futbolunda görünməmiş hadisə Bundesliqada yaşandı – Video

Almaniya Bundesliqasının bu gün keçirilən “Hoffenhaym” – “Bavariya” oyununda maraqlı hadisə baş verib.

İdmanxeber.az-ın məlumatına görə, hər iki komandanın futbolçuları oyunun son 15 dəqiqəsində mübarizə aparmayıblar.

Buna səbəb “Bavariya” azarkeşlərinin stadionda səsləndirdikləri şüarlar və açdığı plakatlar olub.

Münhen klubunun fanatları “Hoffenhaym” klubunun prezidentini təhqir ediblər.

Qeyd edək ki, görüş 0:6 hesabı ilə “Bavariya”nın xeyrinə yekunlaşıb.

.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43