Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 403 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.
Ötən ay 61-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 70-ci ola bilib. “Neftçi” və “Sabah” klubları da geriləyib. “Ağ-qaralar” 318-ci sıradan 340-a, “bayquşlar” isə 302-ci mövqedən 342-ci pilləyə düşüblər.