Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası(IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, siyahıda 4 Azərbaycan klubu yer alıb. Təmsilçilərimiz arasında ən yaxşı göstəriciyə “Qarabağ” malikdi. Klub aktivindəki 177,50 xalla dünyada 67-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 5 pillə irəliləyib.
Digər klublarımız – “Zirə” 94,25 xalla 219-cu, 62,50 xalı olan “Sabah” 409-cudur. “Bayquşlar” ötən ayla müqayisədə 9 pillə irəliləyib. “Turan Tovuz” da siyahıya düşüb. Bölgə klubu 53,75 xalla 496-cıdır.
Siyahıya 388 xalla İspaniya “Rea”lı başçılıq edir.