Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, siyahıda Azərbaycanın 4 klubu – “Qarabağ”, “Zirə”, “Sabah” və “Neftçi” yer alıb.
Ağdam təmsilçisi beş pillə geriləyərək 183,75 xalla 53-cü sırara qərarlaşıb.
15 pillə irəliləyən “Zirə” (62,25 xal) 369-cu, 17 pillə irəliləyən “Sabah” (60,75) 388-ci, beş addım geriləyən “Neftçi” (59,25 xal) isə 403-cüdür.
Dünya reytinqinə “Mançester Siti” (401 xal) başçılıq edir.