Kateqoriyasız

Dünya və Avropa çempionları Bakıda adam oğurladı, polis əməliyyat keçirdi – Video

Bakıda adam oğurluğu etməkdə təqsirli bilinən dəstənin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Dəstə üzvləri arasında idmançılar, dünya və Avropa çempionları var. İş üzrə həbs edilənlər 5 nəfədir. İki nəfər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

İdmanxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Vasif Allahverdiyev, Fəqan Eminoğlu, Niyaməddin Kazımlı, Şaiq Hüseynov, Elçin Qasımov, Aygün Abbasova və Fərəh Rəsulovanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Adı çəkilən şəxslərdən yalnız Fərəh Rəsulova və Aygün Abbasova ev dustaqlığındadır.

İlkin rəsmi məlumata görə, polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunub.

Həbs olunanlardan Fərəh Rəsulova universal döyüş üzrə dünya və Avropa çempionudu

Saxlanılan digər şəxs – Niyaməddin Kazımlı peşəkar idmançıdır. O, klassik güləş üzrə dəfələrlə Azərbaycan çempionatının və beynəlxalq yarışların mükafatçısıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43