Kateqoriyasız

Dünya və Avropa çempionundan Gəncədəki partlayışa reaksiya

Azərbaycanlı atlet Ramil Quliyev Ermənistanın Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.

30 yaşlı idmançı instaqram hesabından üzərində “Pray for Ganja city” (“Gəncə şəhəri üçün dua edin”) sözləri yazılmış foto paylaşıb.

Türkiyə millisinin üzvü olan Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43