20 Sentyabr 2024
Dünya futbolu

Dünyanın ən bahalı qapıçıları açıqlandı

Transfermarkt portalı dünyanın ən bahalı qapıçılarının reytinqini dərc edib.

İdmanxeber.az-ın məluamtına görə, siyahıya “Portu”nun qapıçısı Dioqu Kosta və “Milan”ın futbolçusu Mayk Maynyan başçılıq edir. Hər iki futbolçunun dəyəri 45 milyon avrodur.

Cari mövsümdə 24 yaşlı Kosta Portuqaliya yığmasında 21 oyun keçirib, 21 qol buraxıb və 5 dəfə qapısını toxunulmaz saxlayıb. 28 yaşlı Maynyanın İtaliya klubunda 20 oyunda buraxdığı 26 qol var.

7 dəfə isə qapısını qola bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43