Beynəlxalq araşırma şirkəti CİES dünyanın 23 yaşadək ən yaxşı yarımmüdafiəçiləri açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, siyahıda azərbaycanlı futbolçular da yer alıb. “Turan Tovuz”un futbolçusu Fərid Yusifli dünya reytinqində 64,3 xalla 85-ci sıradadı.
“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov isə 89-cu pillədə qərarlaşıb. Onun reytinqi 64,1-lə qiymətləndirilib.
Siyahıya Rokko Reyts başçılıq edir. Mönhenqladbax “Borussiya”sının futbolçusu 86,9 əmsala layiq görülüb.