25 Oktyabr 2024
Dünya futbolu

“Dünyanın ən yaxşı komandası olduğumuza inanırıq” – Lamin Yamal

“Barselona”nın hücumçusu Lamin Yamal La Liqanın 11-ci turunun “Real”la oyunu öncəsi açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, gənc futbolçu iddialı danışıb:

“Biz dünyanın ən yaxşı komandası olduğumuza inanırıq və bunu sübut edirik. Əlimizdən gələni edəcəyik və ən yaxşı qalib gəlsin”.

“Real” – “Barselona” oyunu sabah saat 23:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43