FİFA-nın dünyanın ən yaxşı oyunçusuna verdiyi “The Best” mükafatının səsverməsinin bütün nəticələri açıqlanıb.
İdmanxeber.com-un qurumun saytına istinadən yaydığı xəbərə görə, millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən son qalib Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştiano Ronaldo 43.19 səs toplayıb. “Barselona”nın oyunçusu Lionel Messi 19.25 faiz, Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar 6.97 faiz səs yığıb.
Xatırladaq ki, K. Ronaldo bundan əvvəl 2008, 2013, 2014 və 2016-cı illərdə də FİFA tərəfindən dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.