“Oyuna pis başladıq. Xüsusilə, ikili mübarizələri uduzurduq. Müdafiəmiz etibarsız oynadı. Fasilədən sonra nə qədər çalışsaq da, oyunu dəyişə bilmədik”.
İdmanxeber.az-ın məlumatına görəz bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Turan Tovuz”a məğlubiyyəti şərh edərkən deyib.
Rusiyalı mütəxəssis qırmızi vərqə aldığı epizodu da şərh edib:
“Hakimdən soruşmaq lazımdır ki, niyə qırmızı vərəqə göstərdi. Futbol emosiyalar oyunudur. Hakin ya sərt oyuna imkan verməlidir, ya da yox. Bu gün ədalətsiz qərarlar verildi. Penalti epizodundan əvvəl qayda pozuntusu var idi. Hakimlər akkreditasiyanı çox soruşurlar. Dünyanın heç bir yerində belə şeylər yoxdur. Hakimlər oyunlarımızda kobud səhvlər edirlər. Günahkar özümüzük, istədiklərimizi edə bilmədik. Hakimlik bərbad idi”.