23 Dekabr 2024
Kateqoriyasız

Duqlas Leyte: “Biz bütün azarkeşlərimiz üçün mübarizə aparacağıq” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın qapıçısı Duqlas Leyte müsahibə verib. Braziliyalı qolkiper  “Simurq” üzərində qələbədən (2:1) və qarşıdan gələn “Neftçi” ilə Super Kubok matçından danışıb.

– “Simurq”la oyun haqqında nə deyə bilərsiz?

– Birinci hissəni uğursuz keçirdik. Əsas odu ki, 3 xal qazandıq.

– Fasilədə baş məşqçi sizə nə dedi ki, ikinci yarıda tam fərqli futbol sərgilədiniz?

– Fasilədə öz aramızda söhbətimiz oldu. Bundan başqa baş məşqçi Toşak bizə səhvlərimizi başa saldı. Həmin səhvləri təkrar etməməyi bizə tapşırdı. Bunun nəticəsində ikinci hissədə yaxşı oyun göstərdik və hesabda irəli keçdik.

– Qarşıda sizi prinsipial rəqibiniz “Neftçi” ilə Super Kubok matçı gözləyir. Lənkəranda azarkeş dəstəyi cəhətdən problem yaşamasaz da, Naxçıvanda yalnız oradakı azarkeşlər komandalara dəstək verəcək…

– Bilirsiz, ora nə qədər azarkeş gəlməsindən asılı olmayaraq, biz bütün azarkeşlərimiz üçün mübarizə aparacağıq. Nəzərə almaq lazımdı ki, məsafə uzaqdı. Biz çalışacağıq ki, Super Kuboku Lənkərana aparaq və bütün azarkeşlərimizi sevindirək.

– “Xəzər Lənkəran” ardıcıl bir neçə ağır oyuna çıxmalıdı. Naxçıvanda, Lənkəranda və Bakıda oyunlarınız var. Yol yorğunluğu sözünü deyə bilərmi?

– Məncə, addım-addım getmək lazımdı və biz məsafəni düşünməməliyik. İndi yalnız “Neftçi” ilə Super Kubok oyununu düşünürük. Qarşıdakı bir neçə oyunu düşünərək oyuna çıxmaq olmaz. Həmin oyunu uğurla başa vurduqdan sonra növbəti matç haqqında düşünməliyik.

– Oğlunuzun futbolçu kimi yetişməsini istərdiz?

– Onu zaman göstərəcək. Ümid edirəm ki, oğlum ən düzgün yolu seçəcək. Amma futbolu seçsə, mən ona etiraz etmərəm. Yalnız mənim mövqeyimdə, yəni qapıçı olmağını istəmərəm. Ondan başqa bütün mövqeləri məsləhət görərəm.

futbolinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43