Hafiz-Məmmədov – son günlərin gündəm ismi olmuş birisi. Əslində Hafiz Məmmədov hər zaman, hər an gündəmdə olan birisi idi. Ancaq bu dəfə hər şey tam başqa məcrada gedir. Daha doğrusu bəzi "tiplər"in istədiyi "qaralama" siyasəti məkirli formada davam edir.
Əslində bu planlar Məmmədovu istəməyən qüvvələrin ortalığa çıxardıqları "əl işləri"di. Axı bizdə "baladaq vurmaq", "maneə yaratmaq", "gözü götürməməzlik" və s… geniş vüsət alıb. Sahibi olduğu “Bakı” və “Lans”, istərsə də sponsorluq etdiyi “Atletiko”da gördüyü işlərdi Məmmədovu bu hala salan. Əgər bu gün Məmmədov ölkəsi naminə bu kimi işlər görməsəydi indi onunla bağlı heç kim mənfi fikir yazmaz, ağzına gələni daınşmazdı.
Hər zaman idman mediası ilə sıx ünsiyyətdə olan, "dərdiniz dərdimdi" – deyən, jurnalistlərə verdiyi dəyərlə daima özünü sevdirən Məmmədov elə idman mediası daxil (istisnalar xaric) ictimai-siyasi medianın "qurban"ına çevrilib. Artıq hədəf seçilmiş Hafiz Məmmədova qarşı xüsusi kampaniyaya start verilib. Hansı ki, əsassız, yersiz yazılar, xəbərlər portalları, qəzetləri bəzəyir…
Hafiz Məmmədovla bağlı açığı çox şey yaza bilərəm. Cəmi 2 və ya maksimum 3 tədbirdə gördüyüm Məmmədovla bağlı kiçik bir şahidi olduğum məsələni nəzərinizə çatdırım. Yadımdadı. İcraiyyə Komitəsinin son iclasından sonra Hafiz Məmmədovu "Hilton" otelinin qarşısında bir şəxs gözləyirdi. Hansı ki, xarici görkəmindən bu şəxsin ehtiyac sahibi olduğu və bu üzdən otelin qarşısında gəldiyi büsbütün bəlli idi. Çoxları o qapıdan çıxdı. Klubların prezidentləri, vitse-prezidentləri, PFL başqanı, AFFA prezidenti və daha kimlər… Heç dönüb geriyə baxaraq "bu kimdir?, nəyə ehtiyacı var?" – deyəndə olmadı. Ancaq Hafiz Məmmədov fərqi burada da özünü göstərdi. Məmmədov mühafizəçilərinin yanından kənara çəkilərək həmin şəxslə 2-3 dəqiqəlik dialoqda oldu və onu razı salacaq şəkildə həmin məkdandan yola saldı. Bəlkdə də bu kimi hallarla siz də rastalşmısız. Ancaq mənim gördüyüm bir. eşitdiyim min fakt var. Sadəcə birini, şahidi olduğum hadisəni sizə yazdım.
Məmmədov yeganə klub prezidentlərindən biridir ki, mətbuat ona tərəf yönələndə suallar cavabsız qalmır, sərt formada yuxarıdan aşağıya baxmır. Mətbuata verdiyi dəyəri görmək bu qədərmi çətindi?
Vicdanı olan hər kəs düzgünlüyə fətva versin. Görülən işləri, verilıən qiyməti, insanlığı ayaqlar altına atmayın! Bu dünyada kiminsə haqqına girməklə, günah işlətməklə qazanacağınız pulu qoyun bir kənara, o dünyanızı da göz önünə gətirin.
Səxavət QURBANOV