“Neftçi”-nin prezidenti Kamran Quliyev rusiyalı hücumçu Artyom Dzyubanın kluba keçəcəyi yönündə çıxan söz-söhbətlərə münasibət bidlirib.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”ın rəhbəri bu xəbərləri təkzib edib. “Sport-ekspress” qəzetinə danışan Quliyev “Dzyuba böyük oyunçudur. Ancaq onun Bakıya gəlişinin “Neftçi” ilə əlaqəsi yoxdur” – deyə, bildirib.
Qeyd edək ki, sözügedən nəşr Dzyubanın Bakıya gəlməsində “Neftçi” və ya “Qarabağ”la danışıq apara biləcəyini iddia edib.
Həsən Quluzadə