Bir müddətdi “Kəpəz”dən ayrılacağı iddia edilən Lassana Ndiayenin taleyinə aydınlıq gəlib.
İdmanxeber.az-a verilən məlumata görə, tərəflər əvvəlcə qarşılıqlı olaraq müqavilə ləğvinə qərar versələr də, sonradan futbolçu bu fikrindən daşınıb. Buna səbəb oyunçunun özünə klub tapa bilməməsi olub.
“Kəpəz” isə oyunçunu əvəzedici heyətə göndərəcək. Ndiaye özünə yeni klub tapana qədər orada məşqlərini davam etdircək. Artıq bu barədə futbolçuya məlumat verilib.
Bununla belə, Gəncə klubunun digər legioneri Redon Mihana da hələ ölkəsindən geri dönməyib. Onunla yolların ayrılacağı dəqiqdi.