17 Avqust 2022
Milli komanda

Eddi İsrafilov: “Həm mental, həm fiziki cəhətdən yaxşı formadayam”

Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov Malta yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl fikirləni bölüşüb.

İdmanxeber.az xəbər verir ki, o, bu gün Maltada təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Sabah vacib oyunumuz var. Hamımız birlikdə mübarizə aparıb nəticə qazanmalıyıq. Yığmaya qayıtdığım üçün xoşbəxtəm”.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, keçmişdə olanları unutmaq lazımdır: “Əsas odur ki, yenidən buradayam. Əlimdən gələni edəcəyəm ki, komandanın uğurlarına töhfə verim. Özümü çox yaxşı hiss edirəm. Həm mental, həm fiziki cəhətdən yaxşı formadayam. Hər şey yüksək səviyyədədir”.

Sabah keçiriləcək Malta – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Beşiktaş”ın iki futbolçusu Azərbaycan millisində – SİYAHI

admin

Millimiz 38-ci pilləyə yüksəldi – REYTİNQ AÇIQLANDI

admin

Kamran Ağayev öncə güldü, sonra “üzr istəyə bilərik” dedi – VİDEO

admin