Kateqoriyasız

Eddi İsrafilov: “Müharibə vaxtı Azərbaycanı dəstəkləmişəm”

“Müharibə zamanı və bitəndən sonra Azərbaycanı sosial şəbəkələrdə dəstəkləmişəm”.

Bunu “Neftçi”nin yeni transferi Eddi İsrafilov jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi Vətən müharibəsi vaxtı müsahibə verməməsini Azərbaycanca yaxşı danışa bilməməsi ilə əlaqələndirib: “3-4 yaşımadək Azərbaycanda böyümüşəm. Bu, mənim ana Vətənimdir. Azərbaycana hörmətlə yanaşıram”.

Təcrübəli oyunçu sosial şəbəkədəki paylaşımlarını da göstərib: “Vətən müharibəsi 27 sentyabrda başlayıb. Mən 29 sentyabrda paylaşım edərək, Azərbaycana dəstək vermişəm. Müharibə bitdikdən sonra – 10 noyabr 2020-ci ildə “Qələbə günün mübarək, Azərbaycan. Qarabağ – Azərbaycandır” paylaşımları etmişəm. Yenə də vurğulamaq istəyirəm ki, “Qarabağ – Azərbaycandır!” (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Alanyaspor”un baş direktoru “Qarabağ”ı ziyarət etdi – FOTO

admin

Qurban Qurbanov: “Cənab Prezidentin belə dəyərindən sonra qərarımda daha inamlı oldum”

admin

“Neftçi”nin Çempionlar Liqasındakı 17 potensial rəqibi

admin