İspaniya La Liqasında VII turun oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” səfərdə “Las Palmas”la qarşılaşıb.
İki qolun vurulduğu matçda sevinən tərəf İsrafilovun komandası olub – 2:0.
Ötən turda olduğu kimi bu oyunda da futbolçumuz matçın 69-cu dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, “Eybar” hazırda 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.