İdman

Eddi oynamadı, komandası darmadağına sevindi

İspaniya ikinci liqasında 15-ci turun oyunları keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Kadis” də növbəti matçına çıxıb.

Eddinin komandası öz meydanda “Alkorkon”la qarşılaşıb. “Kadis” bu görüşdən qələbə ilə ayrılıb – 4:1.

İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Kadis” 15 turdan sonra 21 xalla 22 klub arasında 8-ci pillədə qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43