İdman

Edin Dzeko: “Qarabağ” imkan vermədi ki…”

“Qarabağ” – “Roma” matçından sonra qonaqların hücumçusu Edin Dzeko matçı dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, dünənki matçda “canavarlar”n ikinci qolunun müəllifi olan  bosniyalı hücumçu, oyundan çox nəticəyə önəm verdiklərini bildirib: 

“İlk 15 dəqiqəni yaxşı keçirdik və 2 qol vurduq. Görüşə bundan yaxşı start götürə bilməzdik. Ancaq bundan sonra “Qarabağ” daha yaxşı çıxış etməyə başladı və onlarda özünəinam yarandı. Bu səbəbdən də qalan dəqiqələrdə öz oyunumuzu sərgiləməyimizə imkan vermədilər. Birinci hissədə rəqibi bağlamalı idik. İstədiyimiz qolları vursaq da, çox əziyyət çəkdik. Ən önəmlisi odu ki, Bakıdan 3 xalla qayıda bilirik. Göründüyü kimi, güclü komandaların da əziyyət çəkdikləri vaxtlar olur. Belə vəziyyətdən isə birlikdə çıxmaq lazım gəlir. Yüksək keyfiyyət də belə anda köməyə gəlir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43