Basketbol üzrə Avroliqanın 22-ci turunda “Anadolu Efes” və “Barselona” qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, “Sinan Erdem”də keçirilən oyunun ilk hissəsində 42-39 hesabıyla ev sahiblərinin üstünlüyü başa çatıb. 2-ci hissədə arxasına baxmayan İstanbul təmsilçisi sonda 24 xal fərqlə qələbə qazanıb – 98:74.
Görüşün ən məhsuldarı 21 xalla oynayan “Anadolu Efes”in oyunçusu Rodriq Bobua olub.
Bu nəticəylə “Anadolu Efes” bu mövsümki 9-cu qələbəsini qazanıb. “Barselona” isə 7-ci dəfə məğlubiyyət yaşayıb.