“Turan Tovuz” rəhbərliyi “Səbail” üzərində qazanılan qələbəyə (1:0) biganə qalmayıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, klub rəhbəri Ehtiram Quliyev komandaya mükafat vəd edib. O, bu qələbə üçün 60 min manat pul ayırıb. Bu məbləğin oyunçular arasında bölünəcəyi bildirilir.
Xatırladaq ki, bğlgə təmsilçisi 5 oyundan sonra aktivindəki 13 xalla turnir cədvəlində birinci yerdədir.