Danimarkalı futbolçu Viktor Nelsson “Qalatasaray”dakı gələcəyi barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçi bu barədə ölkəsinin “Bold” nəşrinə müsahibə verib:
“Mançester Yunayted”lə oyunda əsas heyətdə olmamaq mənə çox pis təsir elədi. Son 3 oyunda ehtiyatda olmuşam. Bura oynamağa gəlmişəm. Ehtiyatda qalmaq məni əsəbləşdirir. Klubun müqavilə uzatmaq təklifini qəbul etmədim. Oynamamağa davam etsəm, özümə yeni klub axtarmalı olacağam”.
Nelsson 2021-ci ildə “Kopenhagen”dən 7 milyon avroya “Qalatasaray”a transfer olunub. O, bu müddətdə İstanbul təmsilçisində 93 oyuna çıxıb və 2 qol vurub.