24 Noyabr 2024
Dünya futbolu

Ekvadorlu futbolçu “Fənərbağça” ilə razılaşmır

“Fənərbağça”nın futbolçusu Enner Valensiya rəhbərliyin təklifini qəbul etməyib.

İdmanxeber.az-ın məlumatına görə, ekvadorlu futbolçu klubda daha uzun müddət qalmaq istəyir. İstanbul təmsilçisi isə Valensiyaya bir illik yeni müqavilə təklif edib.

Təcrübəli oyunçu bununla razılaşmayıb. O, klubdan azı iki illik sözləşmə tələb edir. 33 yaşlı futbolçunun adı daha öncə İtaliyanın “İnter” klubu ilə hallanırdı.

O, “Fənərbağça”da illik 1,8 milyon avro qazanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43