Dünya futbolu

“Elə bilirdim Azərbaycanda qadınlar üzlərini bağlayır” – Jezniçak

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak Polşa mətbuatına müsahibə verib. 32 yaşlı futbolçu Ağdam təmsilçisinə keçidi barədə danışaraq, burada özünü xoşbəxt hiss elədiyini bildirib:

“Bura gəldiyimim üçün peşman deyiləm. Bakı gözəl şəhərdir. Burada Çempionlar Liqasında çıxış etdik. Bu, çox böyük uğur idi.  “Çelsi”, “Atletiko” və “Roma” ilə qarşılaşdıq. Cəmi 2 xal toplamağımıza baxmayaraq, çıxışımızı müsbət xatırlayırıq. Azərbaycanda ən yaxşı futbolçular Polşa Liqası ilə müqayisədə daha yaxşı qazanırlar. Ancaq mən “Legiya”dakından daha az maaş alıram.

Azərbaycanın müsəlman ölkə olduğunu bilirdim. Ancaq bu ətrafa baxanda hiss olunmur. Elə bilirdim ki, orda qadınlar üzlərini bağlayır. Ancaq belə olmadığını gördüm.

Legiyaya yenidən qayıtmağım barəsində heçnə deyə bilmərəm. Ora mənim ürəyimdir. Təklif gəlsə, düşünərəm. “Qarabağ”la mövsümün sonuna qədər müqaviləm var. Futbolçu həyatı dəyişkən olur. Nələrin baş verəcəyini birlikdə görəcəyik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43