El Salvador millisinin üzvü Viktor Turkios karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə müdafiəçi özü məlumat verib.
26 yaşlı futbolçu Türkiyə, Azərbaycan və Özbəkistandan təkliflər aldığını desə də, ad açıqlamayıb.
Qeyd edək ki, onun son klubu Finlandiyanın “Rovaniemi” klubu olub.