Norveçli hücumçu Erlinq Haaland milli komandadakı qol rekordundan danışıb.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu bunun üçün çox xoşbəxt olduğunu vurğulayıb:
“Əlbəttə, bu, böyük tarixi nailiyyətdir. Xoşbəxt və qürurlu bir rekorddur. Hələ qarşıda illərim var və bundan həzz alıram. Uzun müddətdir ki, meydanda bu qədər enerjim olmayıb”.
Haaland Millətlər Liqasında Sloveniya ilə matçda (3:0) dubla imza atıb. Onun millidə 34 qolu var.