22 Oktyabr 2024
Dünya futbolu

Əlcəzair millisinin baş məşqçisi məlum olub

Futbol üzrə Əlcəzair milli komandasının yeni baş məşqçisi məlum olub.

İdmanxeber.az məlumat verir ki, Afrika təmsilçisini Vladimir Petkoviç çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

60 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti 2026-cı ilə qədərdir.

Qeyd edək ki, Vladimir Petkoviç son olaraq Fransanın “Bordo” klubunu çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43