Avropa Liqasında uğurlu start götürən Bakının “İnter” klubu Modova “Tiraspol”unu sıradan çıxartdıqdan sonra indi planlarını İsveç “Elfsborq”una uyğun qurur.
İdmanxeber.com-un məlumatına görə, iyulun 17-də ilk matçı səfərdə keçirəcək “İnter”in bu qarşılaşması canlı yayımlanacaq. Klubdan saytımıza veirlən məluata görə, “bankirlər” İdman Azərbaycan kanalının bu oyunu yayımlaması üçün İsveç tərəfi ilə danışıqlar aparır.
Bundan əlavə, əgər televiziya vasitəsi ilə canlı yayım baş tutmasa, o zaman Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyun klub tv-sində azarkeşlərə nümayiş etdiriləcək.
Hər iki halda matç canlı yayımlanacaq.