12 Yanvar 2025
Kateqoriyasız

“Elfsborq”un baş məşqçisi nədən ehtiyatlanır?

Avroliqanın II təsnifat mərhələsində “İnter”lə qaşılaşacaq olan “Elfsborq”un baş məşqçisi Peter Vetterqren oyun öncəsi klubun rəsmi saytına müsahibə verib.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi “İnter” haqqında verilən sualları belə cavablandırıb:

– “İnter”in oyunlarını neçə dəfə izləmisiniz?

– “İnter”in Avropa Liqasının birinci təsnifat mərhələsində Moldovanın “Tiraspol” klubu ilə keçirdiyi iki oyununu izləmişəm. Birinci oyuna canlı, ikincisinə isə DVD-də baxmışam.

– Rəqibin oyunlarına baxarkən nə gördünüz? Gözlədiyiniz kimi çıxış edirlər?

– Onlar əvvəl fikirləşdiyimdən də yaxşı oynayırlar və məni bununla təəccübləndirdilər. Bu komandanın çoxlu sayda müxtəlif tipli oyunçusu var. Hər şeydən əvvəl onların iki səviyyəli mərkəz yarımmüdafiəçisi var ki, onları gözdən qoymaq olmaz. Həmin oyunçular mərkəzdə ağalıq edir və eyni zamanda müdafiədə də yaxşı çıxış edirlər.

– “Elfsborq”a müqavimət göstərə bilərlər?

– Onların yaxşı təşkil olunmuş komandaları və təcrübəli futbolçuları var. Hücumda təhlükəli, müdafiədə isə etibarlı oyunları ilə seçilirlər.

– Bu tip rəqiblərlə oyunlarda necə çıxış etmək lazımdır?

– Bu, çox şey tələb edir. Yaxşı enerjili və hərəkətli olmaq lazımdır. Müdafiədə aqressiv oynamaq və onların zəif cəhətlərindən yararlanmaq vacibdir. Biz meydanın özümüzə aid hissəsində topa sahib olmalıyıq. Bu zaman çox yaxşı imkanlarımızın olacağını düşünürəm. Rəqibə qarşı amansızcasına oynamağımız tələb olunacaq.

– “Elfsborq”un qələbə qazanması üçün nə təklif edirsiniz?

– Son iki gündə həqiqətən bizdə yaxşı enerjili komanda var. Oyunçularda qələbə qazanmaq istəyi var və bu, sevindirici haldır. Sevincin olması yaxşıdır, ancaq eyni zamanda bütünlüklə oyuna köklənməyimiz vacibdir. Bizdə istək varsa, köklənmə də olmalıdır. Belədə həqiqətən bizdə hər şey yaxşı alınacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43