Azərbaycan yığmasının yarımmüdafiəçisi Elhad Nəziri bir müddət əvvəl transfer olunduğu “Rəvan”dan qovulub.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, futbolçunun qovulmasına səbəb, məşqlərə ciddi yanaşmamağı, hazırlıqlara mütəmadi gecikməsi olub.
Komandanın baş məşqçisi Vladislov Qədirov Nəziri ilə birgə çalışmaq istəməyib və onunla bir müddət öncə imzalanan 1 illik müqavilə qarşılıqlı şəkildə pozulub.
Qeyd edək ki, futbolçu “Rəvan”a “Petrolul”dan gəlmişdi. O, sözügedən komanda da məşqçisi Kosmin Kontra ilə problemləri olduğu üçün heyətə düşə bilmirdi.