“Xəzər Lənkəran” Embilla Etame və Sadio Tounkaranın yolunu gözləyir.
İdmanxeber.com-un məlumatına görə, hələ də komandanın Ərzurum toplanışına qatılmayan legionerlərin yaxın 2 gün ərzində Türkiyəyə gələcəyi gözlənilir.
Cənub komandasında Elias dönəmi isə demək olar ki, rəsmən bitib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında bunun yaxın günlərdə rəsmiləşəcəyini bildirib:
“Yaxın günlərdə Eliasla qarşılıqlı olaraq müqaviləyə xitam veriləcək”.