“Eliasın komandadan göndəriləcəyi ilə bağlı iddialar əsassızdı.”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cənub klubunun rəsmisi Eliasın göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə heç bir münasibət bildirməyərək, son sözün baş məşqçidə olduğunu bildirib:
“Son sözü baş məşqçimiz deyəcək. Oğuz Çətin siyahı hazırlayıb və o siyahıda göndəriləcək futbolçuların kimliyi bəllidi. Yəni bu gün Eliasın göndəriləcəyi ilə bağlı yayılan xəbərlər əsassıszdı. Məsələyə baş məşqçimiz son nöqtəni qoyacaq”.