Ölkə futbolu

“Elitanı tərk edib, kuboku qazanacağıqsa, kubokdan imtina edərəm” – Şahin Diniyev

“Matçın əvvəlində fərdi səhvlərdən qol buraxdıq. Belə komandaya qarşı geridönüş etmək çətindir. “Sabah” hazırda Azərbaycanda ən yaxşı futbol sərgiləyən komandalardan biri, bəlkə də, birincisidir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Sabah”a uduzduqları (0:4) oyundan sonra deyib.

O, daha sonra sözlərinə bele davam edib:

“Bizim A planımız çempionatda qalmaqdır. Elitanı tərk edib, kuboku qazanacağıqsa, kubokdan imtina edərəm. Həm kuboka, həm çempionata eyni tərzdə yanaşacağıq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43