19 Sentyabr 2024
Ölkə futbolu

Əliyar Ağayev Mahir Emrelinin komandasının oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, o,  Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan) ilk qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Stegemann, onun köməkçisi həmyerlisi Paşal Müller olacaq. Oyunun hakim-inspektoru isə norveçli Terje Houç olacaq.

 

Qeyd edək ki, “Dinamo”da Azərbaycan millisinin üzvü Mahir Emreli çıxış edir.

Əlavə edək ki, sözügedən görüş martın 7-si Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43