UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turu çərçivəsində keçirilən “Bolonya” – “Monako” matçını azərbaycanlı hakim Əliyar Ağayev idarə edib.
İdmanxeber.az-ın məlumatına görə, görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev bu matçda 5 dəfə əlini cibinə salıb.
O, “Bolonya”lı oyunçulara 3, “Monako”nun üzvlərinə isə 2 sarı vərəqə verib. Bundan başqa referi matçın 19-cu dəqiqəsində Fransa klubunun qolunu saymayıb.
O, VAR müdaxiləsinin ardından qoldan öncə foul olduğunu qeydə alıb.