Misli Premyer Liqasının 6-cı turu çərçivəsində “Qəbələ” “Turan Tovuz”un qonağı olub.
İdmanxeber.az-ın məlumatına görə, qalibin müəyyənləşmədiyi matçdan (2:2) sonra qonaq komandanın məşqçisi Xaqani Məmmədov oyunlar bağlı fikirlərini bildirib:
“Çətin oyun idi. “Turan Tovuz” üst pillələrdə olan komandadı. Futbolçularımıza hər şeyi başa salmışdıq. İlk hissə yaxşı oynamasaq da, ikinci yarı komanda özündə güc tapa bildi.
Futbol emosiyalar oyunudu. Məşqçilər də özündən çıxa bilər. Hakimlərimiz biraz diqqətli olsunlar. İstər-istəməz özündən çıxırsan, emosiyalara qapanırsan. Mən hakimə söyüş söymədim, etiraz etdim. Əliyara dedim ki, “oyunu idarə edirsənsə, kişi kimi elə”. Bu sözə görə mənə ikinci sarı vərəqəni verdi”.