16 Sentyabr 2024
Ölkə futbolu

Əliyev ÇL matçında hakimdən narazı qalıb: “Bizə qarşı çox haqsızlıq etdi”

Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Çempionlar Liqası I təsnifat mərhələsi çərçivəsində ilk matçını keçirib. Albaniya klubu Bosniya və Hersoqovina təmsilçisi “Borca” ilə üz-üzə gəlib.

Görüş ev sahibinin 1:0 hesablı qələbəsi ilə sona çatıb. Ötən mövsümü “Araz Naxçıvan”da keçirən Əliyev qarşılaşmaya start heyətdə başlayıb. Həmyerlimiz matçın 94-cü dəqiqəsində əvəzlənib.

İlk avrokubok təcrübəsi yaşayan müdafiəçi ilə komandasının məğlubiyyəti və debütü barədə danışdıq. O, İdmanxeber.az saytına qarşılaşma ilə bağlı bunları dedi:

Yeni komandamla ilk rəsmi matçıma çıxdım. Bu, həm də avrokuboklarda debütüm idi. Açığı, bir az həyəcanlıydım. Oyun pis keçmədi. Uduzmağımıza baxmayaraq, yaxşı mübarizə apardıq. Matçın polşalı hakimi bəzi epizodlarda bizə qarşı haqsızlıq etdi. Çox bəsit epizodlarda “sarı”, “qırmızı” vərəqələr göstərdi. Təbii ki, rəqib komandanın azarkeşləri də təzyiq edirdi. Məğlubiyyətimiz də onların da “pay”ı var. Hələ heç nə birməyib. Cavab oyununa daha yaxşı hazırlaşıb mərhələni keçə bilərik.

Zaman keçdikcə daha da formaya düşəcəyimə inanıram. Özümə güvənirəm, əsas heyətdəki yerimi qoruyacam. Bunun üçün çalışmalıyam. Bu görüşdə ilk dəfə idi ki, bu qədər azarkeş önündə çıxış edirdim. Təzyiq həddin artıqq çox idi. Amma bunlara öyrəşmək lazımdı. Oynadıqca alışacam”.

Xatırladaq ki, “Eqnatiya” görüşü 9 nəfərlə tammalayıb. Oyunun 58 və 90+1-ci dəqiqlərində Albaniya klubunun iki üzvü – Arbin Zeynulla ilə Edison Ndreka meydandan qovulub.

Həsən Quluzadə

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43