Albaniya çempionatının II turunun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Zamiq Əliyevin də çıxış etdiyi “Eqnatiya” evdə “Laçi” klubunu qəbul edib. Görüş ev sahibi komandanın qələbəsiylə başa çatıb – 2:1.
Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
İki oyundan sonra aktivində 6 xalı olan “Eqnatiya” liderdir.