Millimizin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya kubokunda yarımfinala yüksəlib.
İdmanxeber.az-ın məlumatına görə, komanda 1/4 finalda “Bilis” ilə qarşılaşıb və matç 2:2 hesabı ilə başa çatıb.
Komanda ilk oyunda 3:1 hesabı ilə qələbə qazandığı üçün növbəti mərhələyə adlayıb.
90 dəqiqə meydanda olan Zamiq Əliyev 24-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.