19 Oktyabr 2021
Kateqoriyasız

Elmar Baxşıyev: “Hakimlər üçün də mətbuat konfransı keçirilsə yaxşı olar”

Azərbaycan Premyer Liqasının XXV turunun “Səbail” – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

41 yaşlı mütəxəssis oyunu şərh edib:

“Çətin, ağır oyun olacağını bilirdik. Çünki həm meydan süni örtüklüdür, həm də “Səbail” müdafiə meylli komandadır. Yenə fərqli hissələr oynadıq. İlk yarıda qurduğumuz hücumlar məni məmnun etdi. Amma ikinci hissədə lazımsız qırmızı vərəqə ilə oyun ritmindən qopduq. İtiriləsi heç nə yoxdur, çalışıb, daha artığını edib, mövsümə layiqli yekun vuracağıq”.

Baxşıyev matçın gedişində əvəzetmələrin gecikməsinə görə hakimlərə etiraz etməsinə də toxunub: “Baş məşqçilər kimi hakimlər üçün də mətbuat konfransı keçirilsə yaxşı olar. 5 dəqiqə imkan vermıədi ki, oyunçu meydana daxil olsun. Etirazım da ona görə idi. Top çıxır, amma imkan vermir. Səbəbini də onlardan başqa heç kim bilmir. Hakimlikdən deyil, komandamdan danışmaq istəyirəm. Amma bu qədər də olmaz. Hər epizodu saxlamaq, həm futbolun sürətini azaldacaq, həm də futbolçular mübarizədən qaçacaq. On nəfərlə qalandan sonra toparlanmaq çətin idi.

Komandanı necə əziyyətlə formalaşdırmışıq. Mövsüm başlayanda biz hələ komplektləşdirmə ilə məşğul idik. Amma mövsümün gedişində avrokubok zonasına yaxınlaşmışdıq. Lakin bəzi oyunlarda itkilər olur. Çox geniş heyətə də malik deyilik. Hər oyunçunun kənarda qalması bizə təsir edir. 5-6 qol imkanı yaradırıq, amma istifadə edə bilmirik. Oyun baxımından deyil, nəticə baxımından eniş hiss olunur. Merab Qiqauri təcrübəli futbolçudur. Onu klub tərəfindən cəza gözləyir. Mənim gördüyüm qədər epizodun birində sarı var. Hər epizoda da xəbərdarlıq vermək düzgün deyil. Yoxsa hər matçda 4-5 futbolçu kənarda qalacaq. İstəyirik ki, mövsümü tamamlayaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

PFL-də struktur dəyişikliyi

admin

“Sumqayıt” Ankara toplanışını başa vurdu

admin

AFFA-dan rəsmi məlumat

admin